Sumqyıt bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumatda bildirilir ki, şəhər bələdiyyəsinin dəstəyi və təşkilatçılığı ilə məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında keçirilən “Bələdiyyə kuboku” uğrunda futbol turniri davam edir. ənənəvi olaraq 2006-cı ildən başlayaraq təşkil edilən “Bələdiyyə kuboku” uğrunda budəfəki 10-cu – yubiley turnirində məhəllə komitələri tərəfindən təşkil edilmiş 20 komandanın tərkibində 300-ə qədər uşaq özlərinin ilkin futbolçu bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanın əməkdar məşqçisi Ağamusa Bağırovun baş hakim olduğu builki futbol yarışlarında 40-a qədər oyun keçirilib.
Avqustun sonlarında başa çatacaq turnirin qalibləri Təşkilat komitəsi tərəfindən «Bələdiyyə kuboku» və fəxri fərmanlarla təltif ediləcəklər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|